“İndi bütün dünyanın əsas vəzifəsi Süniki (Zəngəzur - red.) Ermənistandan qoparmaqdır. Düşünürəm ki, bu, heç vaxt baş verməyəcək”.
"Ölkə.az" Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri “Taşir” şirkətlər qrupunun təsisçisi, sahibkar Samvel Karapetyan Moskvada keçirilən Ermənistan Biznes Forumu - 2024 tədbirində işlədib.
Qeyd edək ki, 400-ə yaxın erməni sahibkar və qonağın iştirak etdiyi Ermənistan Biznes Forumu “Taşir” şirkətlər qrupunun təşəbbüsü ilə keçirilir. Sonuncu dəfə bu forum 2021-ci ildə İrəvanda baş tutub.