Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Putinə bildirib ki, Taliban qadağan olunmuşlar siyahısından çıxarıla bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulovun sözlərinə görə, XİN və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə Taliban hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib.
Onu da qeyd edək ki, Kabuluov mayın 15-də açıqlamasında terrorçu təşkilat kimi tanınan Talibanın artıq Rusiyanın düşməni hesab edilmədiyi vurğulanıb.
Bildirib ki, “bəzi siyasi məhdudiyyətlər” olsa da, Əfqanıstan hərəkatı ilə Rusiya arasında münasibətlər yüksəlir.
Mürtəza
Ölkə.Az