• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Parlament Zurabişvilinin veto qərarını ləğv edib



Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi ölkə prezidenti Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib. 

Ölkə.Az xəbər verir ki, bu barədə Gürcüstan mediası yazıb. 

Gürcüstan prezidenti Salome Zurabişvili mübahisəli "xarici agent" qanununa veto qoysa da, parlament komitəsinin bu gün keçirilən iclasında vetonun aradan qaldırılması proseduruna baxılıb. 

İclasda qanun layihəsinin qəti əleyhinə olan müxalifət nümayəndələri də iştirak edib.

Qəbul edilən qərardan sonra məsələ mayın 28-də baş tutacaq plenar iclasda yekun səsverməyə çıxarılacaq.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.11650800704956