“Mənə elə gəlir ki, bundan sonra hər şey - protestantların sona qədər getməyə hazır olmasından tutmuş hüquq-mühafizə və digər qurumların Paşinyanın arxasında durub müxalifəti yatırtmağa razı olub-olmamasından asılı olacaq".
Ölkə.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına Ermənistanda hakimiyyət dəyişikliyi perspektivləri barədə mövqeyini açıqlayarkən deyib.
Zatulinin fikrincə, Paşinyanın vəzifədə qalmasının əsas səbəbi ermənilərin Azərbaycanla yeni müharibəsi ehtimalıdır: "Onun devrilməsi ilə Ermənistanla Azərbaycan arasında müharibənin yenidən alovlanması qorxusudur ki, ermənilər də bunu istəmir. Paşinyan hakimiyyəti ilə razılaşmayanları saxlayan da budur", - Zatulin qeyd edib.
Zatulin onu da əlavə edib ki, Paşinyan bir neçə il əvvəl özünün tətbiq etdiyi üsullarla “Vətən naminə Tavuş” hərəkatının hakimiyyətə gəlməsinə imkan verməməyə çalışacaq.
Mürtəza
Ölkə.Az