“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) kütləvi təklif üsulu ilə yeni səhmlər buraxacaq.
“Ölkə.Az”ın məlumatına görə, bu barədə bankın ümumi yığıncağında qərar verilib.
Nəticədə, banka minlərlə yeni səhmdar cəlb olunacaq.
Qeyd edək ki, “Beynəlxalq Bank” bu il səhmdarlarına 185 mln. AZN məbləğində dividend ödənişi edəcək.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb və səhmlərinin 92,56%-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Könül
Ölkə.Az