• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

2 dəfə ucuz olacaq, amma bloklanacaq - Çin avtomobilləri barədə AÇIQLAMA



Maşın bazarında vəziyyət ürəkaçan deyil. Demək olar ki, artıq ili köhnə avtomobillərə yaxın duran yoxdur. Çin daxili bazarının avtomobillərini gətirən alverçilər də təzə avtomobilləri çox ucuz qiymətə təqdim edirlər.

"Ölkə.Az" xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, dövətin hibrid və elektrikə olan rüsumları minimallaşdırması insanlarda yeni avtomobillərə üz tutmaqla bağlı stimul yaradıb:

"İndiki halda Çin daxili bazarından avtomobil alanda həm Çin hökümətinin subsidiyasından faydalanmış olursan, həm də Azərbaycan höküməti səni rüsumlardan azad edir. Normal şəraitdə 100 min dollara almalı olduğun avtomobil dediyim şərtlərə görə 50 min manata düşür. Əslində bu, lotoreya kimi şeydir, hər an ələ düşən deyil". 

Ekspert deyir ki, digər tərəfdən bəzi Çin brendlərinin daxili bazar üçün nəzərdə tutulan və xaricə çıxarılan subsidiyalı avtomobillərini bloklayacağı bildirilir: "Zeekr" və ID6-lar haqqında bu məsələ gündəmdədir. Ümumilikdə, "Tesla" da belə edir. Məsələn, "Model 3" Çində Avropadakından 20 min manat ucuzdur. Amma həmin "Model 3"ü Çindən Azərbaycana gətirəndə "Lada" olur. İnternetə qoşulma, xəritə, saat belə işləmir. Bir çox digər Çin avtomobillərində də belədir.

Bunu Bakıda servislərdə həll edənlər isə sadəcə əməliyyat sistemini bir növ "hack" edirlər. Daha çox bunu ruslar və ukraynalılar edib, bizə də satırlar. Yəni burada təkcə detal məsələsinə yox, əməliyyat sisteminə diqqət etmək lazımdır".

"Ümumilikdə avtomobilin bütün multimedia sisteminin bloklanmasını doğru saymıram. Brend sadəcə bəzi imkanları deaktiv edə bilər. Bütün sistemi bloklamaq, avtomobili yararsız hala salmaq deməkdir", - deyə F. Pərdəşünas əlavə edib.

Könül
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.020721197128296