Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidəki etiraz aksiyası iştirakçılarına növbəti dəfə xəbərdarlıq edib.
"Report"un yerıi bürosu xəbər verir ki, DİN aksiya təşkilatçılarını və iştirakçılarını dinc etirazları davam etdirməyə, parlament üzvlərinin və əməkdaşların binanı tərk etməsinə mane olmamağa çağırıb.
“Polis hər hansı qanun pozuntusunun qarşısını dərhal alacaq və ictimai asayişi pozan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Gürcüstan parlamentinin binası yaxınlığında daha çox polis səfərbər olub.
Xatırladaq ki, mayın 28-də Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.