• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şalva Papuaşvili: "Gürcüstanla Azərbaycan sıx əməkdaşlıq edir"



Gürcüstanla Azərbaycan regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edir.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

"Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq sadəcə ikitərəfli əlaqələr deyil. Biz regional sülh və rifahın təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Yalnız bu yolla biz ölkələrimizin inkişafını uğurla davam etdirə və regionun potensialından tam istifadə edə bilərik. Yalnız bu yolla biz Avropa ilə Asiya arasında möhkəm körpü qura və onun faydalarından tam istifadə edə bilərik",- parlament sədri deyib.

 

ƏN ÇOX OXUNANLAR

1.9085078239441