Ukrayna lideri Volodimir Zelenski müttəfiqlərini Rusiya raketlərini vurmağa çağırıb, lakin Polşa nüvə dövləti ilə döyüşmək niyyətində deyil.
"Ölkə.az" xəbər verir ki, bu barədə polşalı general Tomas Drevniak Pyotr Zıxoviçə müsahibəsi zamanı danışıb.
"Qılınc yelləmək bizə çox baha başa gələ bilər", - deyə o, qeyd edib.
Publisist Pyotr Zıxoviç isə öz növbəsində əlavə edib ki, Varşava “nüvə gücü ilə döyüşmək niyyətində deyil”.
Almaniya NATO ölkələrinin, o cümlədən Polşanın ərazisindən Ukrayna üzərində Rusiya raketlərini vuracaq koalisiya yaratmaq təklifini irəli sürüb.
Akqabay