Danimarka parlamenti Fələstini dövlət kimi tanıyan qanun layihəsinin əleyhinə səs verib.
“Ölkə.az” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sənəd cari ilin fevral ayının sonunda dörd partiyanın nümayəndələri tərəfindən təqdim edilib və apreldə isə müzakirəsinə başlanılıb.
Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lekke Rasmussen qanun layihəsi ilə bağlı bildirib ki, ölkə lazımi şərait olmadığı üçün müstəqil Fələstin dövlətini tanımağa hazır deyil.