Cənubi Koreya ordusu Şimali Koreya tərəfindən göndərildiyi güman edilən 90-dan çox hava şarı aşkar edib. Lakin həmin şarlara baxış keçirilən zaman aşkar edilənlər təəccüb doğurub.
Ölkə. Az "yonhap"a istinadən xəbər verir ki, aşkar edilən bütün şarların içərisində zibil və digər tullantılar olub.
Bununla bağlı bir müddət əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.
Məlumatda Şimali Koreya tərəfində göndərilən şarlarda təbliğat vərəqələrinin olduğu ehtimal edilib.
Mürtəza
Ölkə.Az