• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Estetiklə 30 yaş gəncləşən kişi görənləri şoka saldı - FOTO



Türkiyədə estetik cərrahların əməliyyat etdiyi şəxs 30 yaş gəncləşib.

Ölkə.Az xəbər verir ki, Maykl adlı turist gənc görünmək üçün İstanbulda fəaliyyət göstərən özəl klinikalardan birində 8 cərrahi əməliyyat keçirib.

Yaşı dəqiq qeyd olunmayan şəxsdə üz gərmə, boyun gərmə, alt göz qapağı blefaroplastika, üst blefaroplastika, yanaq piylərinin çıxarılması, rinoplastika və saç transplantasiyası əməliyyatlarının icra edildiyi bildirilib.

Maykl adlı turistin əməliyyatdan sonrakı halı görənləri şoka salıb.

Sosial şəbəkələrin Türkiyə seqmentinə və xarici səhifələrdə paylaşılan foto müzakirələrə səbəb olub. Fotonu görənlərin çoxu yumoristik şərhlər yazıblar.

Bəziləri fotonu montaj adlandırsa da, klinika sözügedən fotoları öz səhifəsində yayımlayıb.

 

ƏN ÇOX OXUNANLAR

0.013559103012085