"Paşa Bank" ASC "card to card" komissiyalarında yeniliklər edəcək.
"Ölkə.Az"ın məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, "Paşa Bank"da sözügedən komissiyalar riteyl banklardan fərqli olaraq daha yüksəkdir:
"Komissiyalarla bağlı yeni planlar mövcuddur. Növbəti bir neçə ayda dəyişikliklər tətbiq olunacaq və bununla bağlş ictimaiyyətə məlumat veriləcək".
Könül
Ölkə.Az