Son üç ildə "Paşa Bank" Qarabağdakı layihələrə ümumilikdə 120 mln manata yaxın kredit ayırıb.
"Ölkə.Az"ın məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O kreditin daha çox ayrıldığı sahələri açıqlayıb:
"Sözügedən kreditlər daha çox tikinti və infrastruktur sahələrinə ayrılıb. Həmçinin Ağdamda sənaye müəssisələrinin maliyyələşməsi də əsas layihələrə daxildir".
Könül
Ölkə.Az