• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsveçdə naməlum şəxslər məscidi təhqir etdilər - FOTO



İsveçin Şövde şəhərində naməlum şəxslər məscidin qarşısına qaban cəsədi atıblar.

Bu barədə polisin məlumatında deyilir.

"Hazırda iş hansısa etnik qrupa qarşı təhrik kimi təsnif edilir, lakin başqa şübhələr də yarana bilər. Polis hadisə yerindədir, hadisə ilə bağlı məlumat və sənədləri toplayır", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

İlkin məlumata görə, hadisə çərşənbə günü gecə baş verib. Hazırda heç kim həbs olunmayıb.

Həmçinin qeyd olunub ki, məscid fondunun sədri Smayo Sahat müşahidə kameralarında naməlum şəxslərin qaban balasını binanın fasadına vurub getdiklərini görüb.

"Mən kədərlənirəm və narahatam, həm də təəccüblənirəm. Düşünürdüm ki, biz məscidlərə hücum problemini aradan qaldırmışıq", - deyə o, jurnalistlərə bildirib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.028817892074585