Türkiyədə pişik burnundan əməliyyat edilib.
Ölkə.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hadisə Sivas şəhərində baş verib.
Pişiyin əməliyyat olunmasına səbəb burun dəliklərinin dar olmasına görə nəfəs almaqda çətinlik çəkməsidir.
1,5 yaşındakı "Yulaf" adlı şotland cinsli pişik burun əməliyyatı ilə sağlamlığına qovuşub.
Pişiyi əməliyyat edən baytar İbrahim Özmən bu cür əməliyyatların insan təbabətində olduğu kimi baytarlıqda da həyata keçirildiyini söyləyib:
"Bu əməliyyat edilməsəydi, tez-tez və dayaz nəfəs almasına görə bir müddət sonra ürəyində, nəbzində və qan dövranında problemlər yaranacaqdı.
Ağciyər infeksiyalarına qarşı həssaslığı artacaq və tez yorulacaqdı. Ümid edirəm ki, bundan sonra həyat keyfiyyəti daha yaxşı olacaq”.
Billurə