• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tramp həbsdə olsa belə, seçkilərdə iştirak edə biləcək



ABŞ-nin keçmiş prezidenti Donald Tramp 34 maliyyə saxtakarlığının hamısında təqsirli bilinərək həbsxanaya düşsə belə, prezidentliyə namizədliyini irəli sürə biləcək. 

Ölkə.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Nəşrin yaydığı məlumatda deyilir ki, Tramp prezidentliyə namizədliyini irəli sürə bilər, çünki Konstitusiya prezidentliyə namizədlərə kriminal faktlara görə məhdudiyyətlər qoymur. 

Mayın 30-da Nyu-Yorkda münsiflər heyəti Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən maliyyə qeydlərini saxtalaşdırmağa görə 34 maddə üzrə təqsirli bilinib. ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.021552085876465