Gürcüstanda ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıb.
“Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şülələr sındırılıb”, - partiyanın açıqlamasında deyilir.
Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.
Qeyd edək ki, “Vahid Milli Hərəkat”ın təsisçilərindən biri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilidr.