• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lukaşenkonu səfər etdiyi yerdə həbs gözləyir



Belarus lideri Aleksandr Lukaşenko iyunun 1-dən 4-dək Monqolustana dövlət səfərində olacaq. Lakin Lukaşenko bu  səfər zamanı həbs oluna bilər.

Ölkə.Az xəbər verir ki, belə bir açıqlama ilə Monqolustanın sabiq prezidenti və baş naziri Tsaxiaqiyn Elbeqdorj öz sosial şəbəkəsində çıxış edib. 

"Çoxlarını maraqlandırır ki, Lukaşenko Ulan-Batora niyə gəlir? Biz hamımız bilirik ki, Lukaşenko Belarusda insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır", - o qeyd edib.

Keçmiş prezidenti və baş naziri Tsaxiaqiyn Elbeqdorj daha sonra qeyd edib: “Monqolustan Roma Statutunun iştirakçısıdır. Lukaşenkonu Ulan-Batorda həbs gözləyir. Hazır ol".

O eyni zamanda əlavə edib ki, Lukaşenko buraya Kremlin layihəsini irəli sürməyə çalışır.

"Monqolustan Baş nazirinin partiyası ölkəni Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyə doğru sövq etmək istədiyi üçün öz gücünü qoruyub saxlamaq üçün ümidsizdir", - o yazıb.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.022109985351562