"İndi Ukraynada nizamlanma üzrə dialoq qeyri-real görünür. Ancaq tarixi perspektiv baxımından danışıqlar zəruridir. Ukrayna ilə bağlı danışıqlar həyati əhəmiyyət kəsb edir. Lakin bunun alternativi isə nüvə silahlarının mübadiləsinə və sivilizasiyanın ölümünə qədər eskalasiyadır".
Ölkə.Az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, akademik Aleksey Arbatov deyib.
"Çünki sülh sazişlərinə alternativ yalnız coğrafiyaya və istifadə olunan vasitələrin gücünə əsaslanan zərbələrin eskalasiyasıdır. Bura kütləvi qırğına səbəb olacaq nüvə silahlarının mübadiləsinədək olan eskalasiyadan gedir", - Arbatov bildirib.
O əlavə edib ki, bu, indiki sivilizasiyanı məhvə, şimal yarımkürəsində yüz milyonlarla insanın və son min il ərzində orada tikilmiş hər şeyin məhvinə gətirib çıxaracaq. "Düşünmürəm ki, bu perspektiv heç kimin xoşuna gəlmir. Əgər belə bir fəlakət baş verərsə, sağ qalan bir neçə nəfər, yəqin ki, qlobal nüvə fəlakətinin səbəbini xatırlamayacaq”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski “The Guardian”a müsahibəsində Rusiya ilə danışıqları qeyri-real adlandırıb və qeyd edib ki, hərbi əməliyyatların sonu görünmür.
Mürtəza
Ölkə.Az