Savaşı başladan Rusiyadır, Ukraynanın özünümüdafiə haqqı var və biz də Kiyevə bu məsələdə dəstək verəcəyik.
Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
Stoltonberq bəyan edib ki, Ukrayna müharibəsini başladan Rusiyadır:
"Onlar Krımı 2014-cü ildə ilhaq ediblər. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsi İkinci Dünya Müharibəsindən sonra Avropada ən qanlı münaqişəyə səbəb oldu. Rusiya xəstəxanaları, məktəbləri və ticarət mərkəzlərini vurur. Rusiya elektrik və su infrastrukturunu bombalayır. Rusiya Ukrayna vətəndaşlarını qətlə yetirir. Ukrayna Rusiyanın dəhşətli vəhşiliyinə qarşı özünü müdafiə edir. Ona görə də açıq deyim. Özünümüdafiə gərginliyin artması demək deyil. Özünümüdafiə əsas hüquqdur. Bu, BMT Nizamnaməsinə daxil edilib. Ukraynanın öz xalqını qorumaq hüququ və məsuliyyəti var. Bizim Ukraynaya özünümüdafiə hüququnu qorumaqda kömək etmək hüququmuz var. Təbii ki, bu vəziyyət Rusiyanı qane etmir. Putin NATO müttəfiqlərini Ukraynanı dəstəkləməkdən çəkindirmək istəyirdi. Amma biz çəkinmirik və çəkindirməyəcəyik. Hücum edən Rusiyadır. Nəhayət, Xarkovda yeni cəbhə açaraq və Ukrayna xalqına qarşı yeni hücum dalğaları ilə gərginliyi artıran Rusiyadır. Müharibə böyüdükcə dəstəyimiz arıb və bundan sonra da artacaq. Mən müttəfiqləri müxtəlif növ yardım göstərmələrini alqışlayıram. NATO Sammitində biz uzunmüddətli perspektivdə NATO-nun dəstəyini daha möhkəm təməl üzərində quracağıq".
Mürtəza
Ölkə.Az