İran İslam Respublikasında prezident seçkisində ilk qadın namizədliyini irəli sürüb.
"Ölkə.az" xəbər verir ki, bu gün İran parlamentinin üzvü Zöhrə İlahian növbədənkənar keçirilən 14-cü prezident seçkisində qeydiyyatdan keçib.
Məlumata görə, İran Daxili İşlər Nazirliyi yanında Mərkəzi Seçki Qərargahında qeydiyyatdan keçən millət vəkili Zöhrə İlahian öz namizədliyini irəli sürən ilk qadın namizəd olub.