Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Van İnin dəvəti ilə iyunun 3-dən 5-dək Çin Xalq Respublikasına rəsmi səfər edəcək.
“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazirimiz Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti ilə 3-5 iyun 2024-cü il tarixində Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində həyata keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunması, eyni zamanda aktual regional və beynəlxalq mövzularda fikir mübadiləsinin aparılması nəzərdə tutulub”, – məlumatda diqqətə çatdırılıb.