İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandirlərindən biri Sərdar Vəciullah Muradi ölüb.
"Ölkə.az" xəbər verir ki, bu haqda SEPAH-ın Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Sərdar Vaciullah Muradi 2020-ci ildə qətlə yetirilən Qüds qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin yaxın silahdaşı olub.
Onun hansı səbəbdən öldüyü haqda məlumat verilməyib.