İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olmaq üçün qeydiyyatdan keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.
Bildirilib ki, bu gün eyni zamanda İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili də prezidentliyə namizəd kimi qeydə alınıb.
Qeydiyyatdan keçmək üçün ümumilikdə 17 siyasətçinin müraciət etdiyi bildirilir.