ABŞ-nin keçmiş prezidenti Donald Tramp UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovla görüşündə onu sevimli döyüşçüsü adlandırıb.
Ölkə.Az xəbər verir ki, görüş iyunun 2-də UFC 302 çərçivəsində baş tutub.
Onların birgə fotosunu rusiyalı meneceri Əli Əbdül-Əziz instaqramda paylaşıb.
Bildirildiyinə görə, görüşdə Fələstin məsələsi müzakirə olunub. Trampın Fələstində müharibəni dayandıracağına söz verdiyi iddia edilir.
Həbib Nurməhəmmədovun 35 yaşı var. O, 2018-ci ildə UFC çempionu olub və bu titulu üç dəfə qoruyub. İdmançının hesabında 29 qələbə var, heç bir məğlubiyyəti yoxdur. 2020-ci ilin oktyabrında Nurməhəmmədov karyerasına son verib və o vaxtdan məşqçi kimi çalışır.
Mürtəza
Ölkə.Az