Paytaxt Bakıda “Ağ şəhər” ərazisinin bir hissəsində evlərin plana düşdüyü deyilir.
“Ölkə.Az”ın məlumatına görə, Süleyman Vəzirov 49 küçəsindəki həyət evlərinin hər kvadratmetri üçün 1250 manat təklif edildiyi bildiirlir.
Sosial şəbəkələrdə təklif edilən məbləğin sakinləri qane etmədiyi yazılır.
Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Bakı şəhərinin mərkəz hissələrində daşınmaz əmlakların satış qiymətləri kəskin baha olsa da, Bakı ətrafı ərazilərdə qiymətlər mərkəzdən 2-3 dəfə, bəzi ərazilərdə 4 dəfə daha aşağı qiymətə dəyərləndirilir:
“Hər hansı bir ərazi dövlət ehtiyacı üçün alınırsa və sökülürsə, həmin əmlakın dəyəri bazar qiyməti ilə dəyərləndirilir. Eləcə də, vətəndaşın əlavə 20% kompensasiya xərci söküntünü aparan şirkət və ya dövlət tərəfindən ödənilir. Bu baxımdan bəzi ərazilərdə söküntülər zamanı vətəndaş narazılıqları baş verir”.
Ekspert deyir ki, bunun qarşısını almaq üçün vətəndaşın öz əmlakını rəsmi qiymətləndirici şirkətlər tərəfindən qiymətləndirməyə tam hüququ çatır: “Şirkətin və ya dövlətin ona ödədiyi kompensasiya məbləği onu qane etmirsə, bu məsələri məhkəmə mübahisəsi ilə mübahisələndirib öz hüquqlarını bərpa edə bilər”.
“Ümumilikdə, mənzillərin söküntüsü zamanı əraziyə görə qiymət dəyişir. Söküntülərin 1 kvadratmetri 1500 manatdan başlayaraq bəzi ərazilərdə 3000-3500 manat arası dəyişə bilir. Bu zaman təklif olunan qiymət vətəndaşı qane etməzsə, bunu məhkəmə qaydasında mübahisələndirə, öz hüquqlarını bərpa edə bilər”, - deyə E. Fərzəliyev əlavə edib.
Könül
Ölkə.Az