"Bakı Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Ramin Məmmədov işdən çıxıb.
Ölkə.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97 %), Behbud Nəcəfov (6,93 %) və “Ekolizinq” MMC-dir (6,68 %).