• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyalı milyarder Türkiyədəki villasını 20 mln dollara satır - FOTO



Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Avropa ölkələri rus oliqarxlarının sərvətinə məhdudiyyətlər qoyub. Bunlardan biri də "Çelsi"nin keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviçdir. 

Ölkə.Az xəbər verir ki, Avropaya yolları bağlandıqdan sonra Abramoviç Türkiyədə yaşamağa başlayıb.

O, Türkiyədə Çengelköydə ictimaiyyət arasında Adnan Oktarın evi kimi tanınan villanı alıb. Rusiyalı milyarder bu evə nə az, nə çox düz təqribən 18 milyon dollar ödəməli olub. Evi alan Abramoviç villada ciddi yeniliklər edib, həmçinin helikopter meydançası inşa etdirib. Bundan əlavə, bir çox memarlıq tənzimləmələri edib.

Ancaq son aylarda vaxtının çox məhdud bir hissəsini Türkiyədə keçirən Abramoviçin aldığı villanı satışa çıxardığı iddia edilir.

Məşhur milyarder 18 milyon dollara alınan villanı təxminən 20 milyon dollara satışa çıxarıb. Lüks evin sahəsi 9 min 600 kvadratmetrdir.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.023503065109253