• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda kirayə evlər ucuzlaşacaq



Bakı şəhərində kirayə mənzil bazarında ucuzlaşma olacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, paytaxtda kirayə mənzil bazarına tələbat daha çox hər il avqustun 15-dən sentyabr ayının sonuna qədər davam edir.

Onun sözlərinə görə, bu aylarda bölgələrdən ali təhsil müəssisələri üçün gələn tələbələrin sayının çox olması kirayə mənzil bazarında həm qıtlıq yaradır, həm də qiymət artımına səbəb olur.

Ekspert deyir ki, lakin bunun tam fərqi olaraq hər ilin təxminən iyun ayından başlayaraq tələbələrin bölgələrə geri dönüş etməsi kirayə mənzil bazarında bir neçə aylıq boşluq yaradır və boşluq səbəbindən qiymətlərdə enmələr də müşahidə olunur:

“Ötən illərə qədər qiymətlərin enməsinə daha çox rast gəlinirdi. Lakin 2016-cı ildən başlayaraq Bakı şəhərində pilot layihələr üzrə söküntülər gedir. Köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzlənir. Bu zaman həmin o köhnə çoxmənzilli binlarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama 2-3 il müddətində onlar özləri kirayə çıxmalı olurlar və uzunmüddətli mənzillər götürürlər. Daha sonra onlara binalar təhvil verildikdə isə həmin yeni tikili binalardakı mənzillərin aylıq kirayə qiyməti və kommunal xərcləri baha olur”.

Bakı şəhərinin artıq baş planının hazırlandığını xatırladan ekspert söyləyib ki, 2040-cı ilə qədər şəhərdə xeyli sayda çoxmənzilli yaşayış binaları və fərdi həyət evləri sökülməlidir:

“Köhnə çoxmənzilli yaşayış binaları və həyət evləri Bakı şəhərindəki ucuz kirayə mənzillərini özünə birləşdirir. Zamanla bu tipli evlər sökülüb şəhərdən çıxdıqca, yeni tikili binalarla əvəzləndikcə artıq kirayə qiymətlərində də yaxın gələcəkdə ciddi şəkildə artımlar olacaq. Bu qiymət artımlarının qarşısının alınmasının yeganə yollarından biri tələbə yataqxanalarının yenidən bərpasıdır. Tələbə yataqxanaları bərpa olunarsa, yenidən tikilərsə, tələbələrin ev problemi aradan qaldırılarsa, artıq kirayə mənzil bazarında da ciddi bir boşluq yaranmış olar”.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.063127040863037