• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Google"la bağlı İDDİA TƏSDİQLƏNDİ: hətta uşaqların da...



Bir neçə ildir ki, "Google" istifadəçilərin şəxsi məlumatlarını toplayır və hətta uşaqların səslərini də qeydə alır.

"Ölkə.az" xəbər verir ki, bu barədə “404 Media” saytı “Google”un daxili məlumat bazasına istinadən məlumat yayıb .

Bu məlumat bazasında təqdim olunan məlumatlara əsasən, 2013-2018-ci illər arasında Google əməkdaşları istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi ilə bağlı minlərlə hal qeydə alıb. Məsələn, bir hadisə istifadəçilərin xəbəri olmadan istifadəçilərin e-poçtlarının saxlanması ilə bağlı idi.

Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi, təhsil proqramında "Socratic"də bir milyondan çox istifadəçinin (o cümlədən uşaqlar) e-poçt ünvanlarının məxfiliyinin açılması qeyd olunur.

Google nümayəndəsi "Daily Mail"ə bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini açıqlayıb.

Xatırladaq ki, dörd il əvvəl ABŞ-da "Google"un ana şirkəti Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya hətta icazələr söndürüldükdə belə, müxtəlif proqramların istifadəçilərinə casusluq etməkdə ittiham edilib. Məlumatların toplanması hətta internet brauzeri inkoqnito rejimində istifadə edildikdə də həyata keçirilirdi.(Publika.az )

ƏN ÇOX OXUNANLAR

  • 12
"Neftçi" qalib gəldi
0.0170578956604