• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda benzin ucuzlaşa bilər - AÇIQLAMA



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

Yerli istehsalın başlamasının ardından Azərbaycanda premium markalı benzinin qiymətinin enib-enməyəcəyi smaraq doğuran məsələlərdəndir. 

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, premium benzinin yerli istehsalı qiymətinin daha yaxşı formalaşmasına imkan yaradacaq:

“Uzun müddətdir ki, Aİ-95 və Aİ-98 markalı benzinləri idxal edirik. Bu da Azərbaycanın idxal rəqəmlərini artırır. Halbuki Azərbaycan şirkəti bundan qazanc əldə edə bilər. Bu baxımdan Aİ-95 markalı benzinin ölkə daxilində istehsalı mütləq şəkildə onun xərclərinə təsir edəcək. Biz nefti ixrac edirik, həmin ölkələr isə onu emal edərək bizə geri qaytarırlar. Burada xarici şirkətin mənfəət elementi, benzinin daşınma xərcləri və s. qiymət əlavələri var. 

Ekspert deyir ki, yerli istehsal zamanı SOCAR-ın benzinin hər tonuna düşən xərci azala bilər: “Daşınma xərclərinə qənaət ediləcək, xarici şirkət tərəfindən yüksək mənfəət marjası qoyulmayacaq. Bu zaman premium benzin qiymətlərinin daha yaxşı formalaşacağına ümid edilir. Bu benzin markalarının baha olması idxal ilə əlaqələndirilir”.

 X. Kərimlinin fikrincə, yerli istehsalın təşkili qiymətlərin endirilməsinə şərait yaradacaq, lakin son qərar yenə də SOCAR tərəfindən veriləcək.

“Bu layihə çoxdandır gözlənilir və bura milyardlarla dollar vəsait sərf edilib. Zavodun 2022-ci ildə istismara veriləcəyi gözlənilsə də, tarix ertələndi. Verilən açıqlamada da istehsalın başlamasının planlaşdırıldığı, lakin dəqiq olmadığı məlum olur. Ümumilikdə layihə ilə bağlı hesabatlılığın artırılmasına ehtiyac var”, - deyə ekspert əlavə edib.

Könül
Ölkə.Az 

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.016954898834229