Almaniya 2029-cu ilədək Rusiya ilə müharibəyə hazırlıq görməlidir.
Axar.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Boris Pistorius bildirib.
“Bunun üçün Berlin kadr hazırlığına, maddi və maliyyə komponentlərinə diqqət yetirməlidir”, - nazir qeyd edib.
Pistorius deyib ki, Rusiyanın Ukraynada qələbə qazanması Berlinə Ukrayna Silahlı Qüvvələrinə hərbi və maliyyə yardımından daha baha başa gələcək.
O qeyd edib ki, məcburi hərbi xidmətin bərpası Almaniya üçün aktuallaşır.