• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Belarusdan Azərbaycana bu məhsulların ixracı 20 % artıb



2023-cü ilin sonunda Belarusdan Azərbaycana ağac emalı məhsullarının ixracının artım tempi 20 faiz təşkil edib.

"Ölkə.az" xəbər verir ki, bunu “Bellesbumprom” konserninin sədr müavini Gennadi Dikovitski ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 14-cü iclasında açıqlayıb.

“Sənaye müəssisələri Azərbaycana tədarükün davamlı artımını təmin edir. 2023-cü il üçün nəticələr nümunəvidir. 2022-ci ilin göstəricisinə nisbətən ixracın artım tempi 120 %-dən çoxdur”.

O qeyd edib ki, ağac emalı sənayesi müəssisələri üçün Azərbaycan Belarusun daimi və mühüm ticarət-iqtisadi tərəfdaşlardan biridir.

İxrac olunan məhsullar sırasına plitə, faner, qapı, taxta pəncərə, mebel, taxta-şalban, kağız, karton və onlardan hazırlanmış məmulatlar daxildir. Konsernin sədr müavininin sözlərinə görə, taxta ev dəstlərinin tədarükü də perspektivlidir.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.030813932418823