Milyarder, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts bu günlərə necə gəlməsi haqda kitab yazmağı qərarlaşdırıb.
"Ölkə.az" xəbər verir ki, Bill Qeyts artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb. Qeyts öz bloqunda elan etdiyi "Mənbə kodu" adlı yeni xatirə kitabında ilk olaraq özünün formalaşma illərinə üstünlük verəcək. "Uşaqlıqdan kolleci atıb “Microsoft”-a başlamaq qərarına necə gəldiyimə qədər bütün xırdalıqları qələmə alacam” deyə, Bill Qeyts bildirib.
Bill Qeytsin "iyirmi yaşından ictimaiyyətin diqqətində olmasına" baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilir. Yeni kitab “Microsoft”-un dünyanın ən böyük şirkətlərindən birinə çevrilməsi və Qeytsin 128 milyard dollarının "demək olar ki, hamısını" ianə etmək qərarı da daxil olmaqla, həyatında sonrakı hər şeyin əsasını qoyan əlaqələri, dərsləri və təcrübələri araşdıracaq.
68 yaşlı Qeyts memuarı özünün "mənşə hekayəsi" adlandırıb.(publika.az)