ABŞ-ın iştirakı olmadan Avropa özünü müdafiə edə bilməyəcək. Amerika regionun müdafiəsini təmin edir.
"Ölkə.az" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Baş verən hər şey Avropanın müdafiəsini zəiflədəcək. Çünki indi Avropanın müdafiəsini təkcə Aİ ölkələri deyil, həm də Avropadan kənar tərəfdaşlar, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və digərləri təmin edir", - siyasətçi qeyd edib.
Bundan əlavə, NATO baş katibi Avropa İttifaqı daxilində Alyansa paralel hərbi komandanlıq strukturlarının yaradılmasına qarşı çıxıb, çünki bu, “müttəfiqliyi zəiflədə bilər.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Aİ-ni Kiyevi kifayət qədər maliyyələşdirməməkdə ittiham etmişdi.