Azərbaycanda 2022-ci ilin sonuna avans məbləği 1,1 milyard manat təşkil edirdisə, 2023-cü ilin sonuna 900 milyon manat olub.
Ölkə.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Azalma əsasən güc strukturlarının payına düşüb. Bu tendensiyanın davam edəcəyini, digər dövlət qurumlarının payının tədricən azalacağını gözləyirik", - deyə o qeyd edib.
Nazir eyni zamanda deputatların müzakirələr zamanı qaldırdığı digər məsələlərə də aydınlıq gətirib.
Mürtəza
Ölkə.Az