• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hotellər ən çox gəliri nədən qazanır?



2023-cü il ərzində Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 488 milyon 828 min manat olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu gəlirin ən çox hissəsi nömrələrin satılmasının payına düşüb. Belə ki, nömrələrin satışından əldə olunan gəlir 293 milyon 523 min manat olub.

Bundan başqa, hotellərin ictimai xidmətlərindən əldə olunan gəlir 135 milyon 442 min manat, müalicə-sağlamlıq xarakterli xidmətlərdən əldə olunan gəlir 16 milyon 829 min manat, digər gəlirlər 43 milyon 33 min manat təşkil edib.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.045193910598755