• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hansı bölgədə içkiyə daha çox pul xərcləyirlər? – Qazax-Tovuz 5-ci sıraya düşdü



Bu ilin ilk 3 ayı ərzində ev təsərrüfatlarında (ailələr) adambaşına düşən aylıq istehlak xərclərinin 0,6%-i və ya 2 manat 4 qəpiyi alkoqollu içkilərin alınmasına sərf olunub.

Yeniavaz.com xəbər verir ki, ailə fərdlərinin qida məhsullarının alınmasına sərf etdikləri vəsaitin 1,3%-i alkoqollu içkilərin alınmasına yönəldilib.

Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Şəki-Zaqatala iqtisadi rayonu olub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (3 manat 10 qəpik) alkoqollu içkilərə sərf olunub. Quba-Xaçmaz iqtisadi rayonunda isə adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (3 manat) alkoqollu içkilərə sərf olunub.

Qeyd edək ki, ötən ilin analoji dövrünə olan məlumata görə Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Qazax-Tovuz iqtisadi rayonu olub.

Ötən ilin ilk 3 ayında Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (2 manat 70 qəpik) alkoqollu içkilərə sərf edilib.

Bu ilin ilk 3 ayında alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonu olub. Dağlıq Şirvan iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,3%-i (1 manat 20 qəpik) alkoqollu içkilərə yönəldilib.

Ötən ilin eyni dövründə alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə Abşeron-Xızı iqtisadi rayonu olub. Bu bölgədə adambaşına düşən orta aylıq istehlak xərclərinin cəmi 0,2%-i (80 qəpik) alkoqollu içkilərə sərf edilib

2023 və 2024-cü illərin yanvar-mart aylarında Azərbaycanda alkoqollu içkilərə sərf olunan adambaşına düşən orta aylıq vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:



Elnur Əli

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.63819289207458