Ankarada bu gün günorta saatlarında başlayan güclü yağış şəhərin bir çox yerində daşqınlara səbəb olub.
Musavat.com İHA-ya istinadən xəbər verir ki, bir çox prospekt və küçə su altında qalıb, vətəndaşlar çətin anlar yaşayıb.
Sel suları metro stansiyalarına da dolub.
Leysan səbəbindən paytaxtın bir çox yerlərində nəqliyyatın hərəkəti çətinləşib. Çoxlu sayda avtomobil yollarda qalıb.