Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuş fevralda Azərbaycanda əməliyyat olunmuşdu.
"Ölkə.az" xəbər verir ki, sənətçinin aparıcı həyat yoldaşı Xoşqədəm Hidayətqızı onun bıçaq altına yatmasından xəbərsiz olduğunu bildirib. O, bu barədə Günaydın Azərbaycan verilişində danışıb:
"Doğuş qorxusundan mənə deməyib ki, Azərbaycanda əməliyyata getmişəm. Böyrəyindən kista çıxmışdı. Demişdim ki, dərhal bilet alıb, Türkiyədə əməliyyat olunmaq lazımdır. Razılaşmışdı ki, gedir. Bir də gördüm ki, Azərbaycandakı uroloq mənə zəng edib və hər şeyin normaı olduğunu deyir. Mən də bilmirəm söhbət nədən gedir. Soruşuram ki, nə normal oldu? Cavab verdi ki, "Doğuşun əməliyyata girməsindən xəbəriniz yoxdur? Artıq palataya köçürülüb, günortadan sonra ziyarət edə bilərsiniz". Doğuş da mənə idmana, sonra da görüşü olduğu üçün səhər yeməyinə gedəcəyini demişdi. Günorta saat ikidir. Mən də elə bilirəm ki, yeməyə gedib. O kista çox böyük idi. Hər an partlayıb, ciddi zərər verə bilərdi".
Qeyd edək ki, Doğuş və Xoşqədəm Hidayətqızınız əkiz övladları var.(axsam.az)