• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İrəvanda vəziyyət gərginləşdi



Müxalifət hökumətin istefa tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağrılması tələb edir.

Ölkə.Az xəbər verir ki, arxiyepiskop Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatının iştirakçılarının bir qismi bazar günü keçirilən aksiyadan sonra gecəni İrəvanın Baqramyan prospektində keçiriblər. Onlar çoxlu çadırlar quraraq tonqallar yandırıblar.

Arxiyepiskop Srbazan müxalifətin bundan sonrakı planlarını açıqlayaraq deyib ki, bunlar ilkin olaraq 3  mərhələdən ibarətdir. 

Birincisi, hökumətin istefasını təmin etmək üçün iyunun 11-də saat 16:30-da müxalifətçi deputatlarla görüş;

İkincisi, iyunun 10-da parlamentin növbədənkənar sessiyanın keçirilməsi və hakim "Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatları müxalifətin iradəsinə tabe etməyə nail olmaq;

Üçüncü addım isə  parlament növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarını təsdiq etməkdən ibarətdir.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

  • 12
"Neftçi" qalib gəldi
0.029240846633911