• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gələn aydan Gürcüstana sərnişin qatarı açılır? - İDDİA



Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir.

“Ölkə.Az”ın məlumatına görə, bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir.

Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər bu istiqamətdə hər hansı bir iş görülə bilməz:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra bununla bağlı addımlar atıla bilər”.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ildən pandemiya ilə bağlı olaraq dayandırılıb.

Könül
Ölkə.Az

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.029462099075317