• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qərb və İran rejissorlarının türklər haqqında uydurduğu yalan: Əslində isə...



"Osmanlı, Səfəvi, Əfşar və digər Türk  imperiyaları barədə xarici filmlərdə türk əsgərinə qarşı o qədər yalan və böhtan atırlar. Əsasən Qərb, Ərəb və İran rejissorları türklər haqqında filmlər çəkəndə onları hər hansı bir şəhəri mühasirəyə alıb, əllərinə keçirdikdən sonra yağmalamaları barədə istinadı olmayan səhnələr göstərirlər". 

Ölkə.Az xəbər verir ki, bunu dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, əslində, həqiqət başqa cür olub:

"Bir şəhəri mühasirəyə alanda Türklər törəyə uyğun olaraq 3 dəfə təslim olmaq barədə xəbərdarlıq edirdilər. Ağ bayraq qaldırıb silahını yerə qoyan şəxs din, irq və cinsindən asılı olmayaraq toxunulmaz statusu qazanırdı və onların canı və əmlakı törə gərəyi sahibinə verilirdi və heç bir əsgər o əmlaka və cana dəyməzdi.  Amma bütün xəbərdarlıq və təslim çağırışlarına cavab verməyib, əlində silah döyüşdə iştirak edirdisə onun canı və malı törəyə uyğun olaraq əsgərlərə halal sayılırdı".

Z.Əliyevin sözlərinə görə, törə eyni zamanda döyüşdə iştirak etməyən əsgərlərə də ələ keçirilən şəhər və qalada yağmalama etməyi qadağan edirdi:

"Döyüşdə iştirakı olmayıb düşmənə qarşı bir ox yaxud qılınc istifadə etməyən əsgər, savaşan əsgərin haqqı olan mal və qənimətə toxunmazdı..

Bu faktı bütün mənbələr təsdiq edir və adını çəkdiyim ölkələr bu real tarixdə olan faktı gizlədib türkləri "vəhşi" kimi göstərməyə çalışırlar".

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.02219820022583