"Ermənistan Baş naziri və hökumətinə qarşı impiçmentin başlanıb-başlanmayacağını deyə bilmərəm. Mən konkret olaraq, məndən, bizdən asılı olmayan bir şeyi qiymətləndirmək istəmirəm".
Ölkə.Az xəbər verir ki, bunu "Vətən adına Tavuş” hərəkatının üzvü, politoloq Suren Petrosyan keşiş Baqrat Srbazanın liderlik etdiyi hərəkatın hökumətə etimadsızlıq göstərməsi tələbi ilə bağlı prosesi şərh edərkən deyib.
Onun fikrincə, buna çox diqqət yetirmək lazım deyil, bu, sadəcə olaraq, hüquqi texnikanın alətidir. “Ən əsası mövcud olan ictimai təzyiqdir, lakin daha da artmalıdır. Bundan sonra inamsızlıq yaranacaq və ya başqa hüquqi texnikadan istifadə olunacaq, bu, məsələnin başqa tərəfidir.
Bir mərhələ uğursuz olsa belə, biz növbəti mərhələyə keçəcəyik, burada hər şey mütləq nəticə verəcək. Amma mən əminəm ki, indiki mərhələdə hamımızın gözlədiyi nəticələri əldə edəcəyik”, - Petrosyan bildirib.
Mürtəza
Ölkə.Az