Rusiya prezidenti Vladimir Putin yaxın həftələrdə Şimali Koreya səfər edəcək.
Ölkə.Az “Vedomosti”yə istinadən xəbər verir ki, Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bu istiqamətdə fəal iş aparıldığını təsdiqləyib.
Hazırda səfərin dəqiqi tarixi və proqramı üzərində iş gedir.
Putinin Şimali Koreyadan sonra isə Vyetnama da səfəri nəzərdə tutulub.
Mürtəza
Ölkə.Az