• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda kişilərin elmə marağı niyə azalıb? - AÇIQLAMA



Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7%-ni qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadınlar olub.

"Ölkə.Az" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var:

"Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əməkhaqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əməkhaqqı 700 manatdan bir az çox olub. Bu, ölkə üzrə 934 manatlıq orta aylıq əməkhaqqıdan da az maaşdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür".

Millət vəkili bildirib ki, gender bölgüsü dissertasiya tematik mövzularında da özünü göstərir: "Ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub".

"Ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onlarında 52,1%-i qadındır", - deyə V. Bayramov əlavə edib.

Könül
Ölkə.Az   

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.027076959609985