Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərinə hücum edib.
Ölkə.Az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı bir nəfər ölüb, 3 nəfər isə yaralanıb. O əlavə edib ki, Ukrayna ordusunun hücumu zamanı şəhər binalarına ciddi ziyan dəyib.
Qladkov onu da əlavə edib ki, Ukrayna ordusu regionun sərhəd zonasına piyada əleyhinə minaları səpələyir. Atılan minalar seysmik sensorlarla təchiz olunub, işə düşən zaman mərmi havaya atılır və partlayır.
Mürtəza
Ölkə.Az