"Hizbullah" yüksəksəviyyəli komandirlərinin öldürülüməsinə qarşı qisas cavabı olaraq İsrailə çoxsaylı raketlər atıb.
Ölkə.Az "Times of Israel"ə istinadən xəbər verir ki, "Hizbullah" İsrailin şimalına 100-dən çox raket hücumu təşkil edib.
İsrail tərəfi "Hizbullah"ın bu hücumunu 2023-cü ilin oktyabrın 7-dən sonra İsrailə qarşı ən genişmiqyaslı hücumu adlandırıb.
“Bu, "Hizbullah"ın müharibə zamanı həyata keçirdiyi ən böyük hücumlarından biridir. Tiberiya şəhəri hərbi əməliyyatlar zamanı ilk dəfə olaraq raket atəşi hədəfinə çevrilib”,- nəşr yazır.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
“Times of Israel” qəzeti qeyd edib ki, sərhəd boyu ən azı 52 yaşayış məntəqəsində həyəcan siqnalı çalınıb.
Mürtəza
Ölkə.Az