"Cənubi Afrikada 37 yaşlı kişi meymunçiçəyi xəstəliyindən ölüb. O, oxşar diaqnozla xəstəxanaya yerləşdirilən beş nəfərdən ibarət qrupun bir üzvü olub".
Bunu Cənubi Afrika Respublikasının səhiyyə naziri Co Paahla keçirdiyi brifinqdə deyib.
Afrikada meymunçiçəyi epidemiyasının yayılma mərkəzi hazırda Konqo Demokratik Respublikasıdır.
Xəstəlik, əsasən mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrin yaxınlığında yayılıb. Xəstələrin ölüm ehtimalı 1%-dən 10%-ə qədərdir. Bununla belə, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir. Xəstəlik üçün xüsusi peyvənd yoxdur, lakin adi çiçək xəstəliyi peyvəndi meymunçiçəyindən 85% qoruyur.